Embrace Fashion Life

Newsletter

Yeni məhsullar

Tags

Məlumatlar

ÇATDIRILMA

Biz istəyirik ki, siz yalnız məhsullarımızın keyfiyyətindən deyil, həm də alış-verişin rahatlığından həzz alasınız. Məhz buna görə artıq Azərbaycanımızın istənilən bölgəsinə pulsuz çatdırılma xidmətimizlə, ölkəmizin hər bir tərəfində insanların keyfiyyətli və orijinal məhsullardan istifadə etməsinə çalışırıq.

Çatdırılma şərtlər

1. Sifarişlər ölkə daxili bütün istiqamətlərdə məsafədən asılı olmayaraq maksimal dərəcədə tez və ödənişsiz olaraq çatdırılır.
2. Sifarişləriniz Bakı şəhəri daxilində 24 saat ərzində öncədən təyin edilmiş münasib vaxtda, istənilən ünvana pulsuz olaraq çatdırılır. (Sifarişlərinizin vaxtında və dəqiq ünvanına çatması üçün, ünvanı və əlaqə nömənizi qeyd etməyi unutmayın) 
3. Azərbaycanın digər şəhər və rayonlarına çatdırılma sifarişin tam dəyərinin əvvəlcədən ödənilməsi şərti ilə 3-5 gün ərzində həyata keçirilir. Ödəmə ilə əlaqədar, Ödəmə şərtləri bölümündə tanış ola bilərsiz. 
4. Təcili sifarişləriniz saat 5-ə qədər satış menecerimizlə əlaqə saxlamaqla qəbul edilir və maksimal dərəcədə tez bir zamanda ünvana çatdırılır. (Təcili sifarişlər zamanı məhsulun qiymətindən əlavə olaraq xidmət haqqı ödənilir)
5. Sifarişlərinizi qabaqcadan təyin edilmiş hər hansı özəl gün üçün də verə bilərsiz. Bu zaman şirkətimiz ən az bir həftə öncədən qəbul edilir. Eyni zamanda özəl gününüz üçün edilən sifarişlərə tərəfimizdən sizə məhsulun 5%-i dəyərində endirim hədiyyə edilir. Əlavə olaraq Kompaniyalarımız bölümündə tanış ola bilərsiz.