Embrace Fashion Life

Newsletter

Yeni məhsullar

Tags

Məlumatlar

Ödəmə Şərtləri

Bizdən sifariş edərkən, Siz həm nəğd, həm də bank kartları vasitəsilə ödəniş edə bilərsiniz. Sifariş ödənişlərinizin rahat həyata keçirilməsi üçün təqdim etdiyimiz istənilən ödəniş üsulundan yararlana bilərsiniz.
Bizdə mümkün olan ödəniş üsulları: nəğd ödəniş, kredit və ya debit kartları ilə ödəniş, bank və ya poçt köçürmələri ilə ödəniş.
1 - Onlayn ödəniş
Biz aşağıdakı kredit və debet kartları ilə ödənişi qəbul edirik:
 
Bank kartı İnternetdə ödəniş üçün yararlı olmalıdır (bu, bank tərəfindən müəyyən olunur);
Sifarişin bank kartı vasitəsilə onlayn ödənişi zamanı, ödəmə prosesi elektron ödənişlər sisteminin saytında həyata keçirilir. Nəzərə almağınızı istəyirik ki, saytda qeyd etdiyiniz məlumatlar (kartın rekvizitləri, qeydiyyat məlumatları) bizim əməkdaşlarımız tərəfindən baxıla bilmir.  Bütün məxfi məlumatlar müştəridən ödəniş sistemininə və bankın serverinə ötürülür və ödəniş tam təhlükəsiz yolla həyata keçirilir.   
2 - Çatdırılma zamanı nəğd ödəniş
Siz sifarişin dəyərini çatdırılma zamanı nəğd şəklində əməkdaşımıza ödəyə bilərsiniz.
Ödəniş zamanı Yalnız Azərbaycan Respublikasının milli valyutası – AZN ödənişə qəbul olunur.
DİQQƏT: Ödəmə zamanı əməkdaşımızdan mədaxil qəbzini tələb edin və qəbzdə yazılan məbləğdən artıq ödəməyin!
3 - Bank və poçt köçürmələri ilə ödəniş
Bu ödəniş üsulu Azərbaycan bölgələrinə çatdırılma ilə sifariş etdiyiniz və onlayn ödəyə bilmədiyiniz zaman tətbiq olunur.
Nəzərə almağınızı xahiş edirik ki, sifariş Azərbaycanın bölgələrina çatdırılan zamanı sifarişin dəyəri 100% əvvəlcədən ödənilməlidir. Çatdırılma haqqında daha ətraflı məlumatı Çatdırılma bölümündən əldə edə bilərsiniz.
Sifariş və ödəmə zamanı yarana biləcək bütün əlavə suallarınızla bağlı bizimlə əlaqə saxlamağınız xahiş olunur.