Embrace Fashion Life

Newsletter

Yeni məhsullar

Tags

Məlumatlar

KHAZARPERFUME.AZ

KHAZAR Luxury Perfume, ətiriyyat və kosmetika satışı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətidir. Biz Avropanın seçilmiş firmalarının məhsullarını sizə təqdim edirik. Məqsədimiz insanların yalnız təbii yolla hazırlanmış və tərkibində heç bir zərərli sintetik qarışığı olmayan ətirlərdən istifadə etməsini təmin etməkdir. Təbii ki günü gündən böyüyən Azərbaycanımızda bu sahədə hər zaman yeni ətriyyat butiklərinin yarandığını görürük. Bu ilk baxışdan bizi sevindirsə də, keyfiyyətli məhsulu ilə bazara çıxan şirkətlərin azlıq təşkil etməsi bizi çox üzür. İnsanlar ilkin olaraq ucuz və sərfəli ətirlərdən istifadə etməyə çalışırlar. Lakin onu da nəzərə almaq lazımdır ki, mənbəyi bilinməyən məhsullar gələcəkdə sizdə və ailənizdə sağalmaz dəri, eyni zamanda nəfəs borusu və digər xəstəliklərə yol aça bilər. Məhz bu baxımdan keyfiyyətsiz ətirlərin bazardan uzaqlaşdırılmasında sizlərin böyük köməyinə ehtiyacımız var. Biz demirik ki, insanlar yalnız bizdən alış-veriş etsinlər, lakin ən azından aldıqları ətirin keyfiyyətli və sınanmış firmalardan olduğuna diqqət etsələr yaxşı olar. Bizim ilkin məqsədimiz insanlara yüksək xidmət göstərməkdir. Məhz bunun üçün daim öz üzərimizdə işləyir və günün gündən daha da yüksək xidmət göstəməyə çalışırıq. Hər zaman müştərilərə xoş rəftar, təklif olunuan məhsullar barədə yorulmadan ətraflı məlumat vermək bizim başlıca prinsiplərimizdəndir. Hər zaman bir addım öndə olmaq və müştərilərin istəklərinə əsasən ətir çeşidlərimizi atrırmağa çalışırıq. Təbii ki, bütün bunlar bizim birinci və mükəmməllik iddiasında olmağımızdan irəli gəlir. Biz bu istəyimizə nail olmaq üçün daim, durmadan, yorulmadan çalışırıq və sizə xidmət göstərməkdən qürur duyuruq. Eyni zamanda biz öz məhsullarımızın keyfiyyəti və məhsullarımızın çoxluğu ilə deyil eyni zamanda məhsullarımızın qiymətinin sərfəli olması ilə də müştərilərə asanlıqla alış-veriş etmək imkanı yaradırıq.                 

Bizim sizə təqdim etdiyimiz orijinal xüsusi qablaşdırmalı ətirləri almaqla siz həm də qənaət etmiş olursuz. Bildiyimiz kimi məhşur brendlər bazara təqdim etdiyi məhsulun ərsəyə gəlməsi üçün çəkilən xərcləri nəzərə alır və daha sonra ətiri qiymətləndirdirərək bazara çıxarır. Belə ki, bir ətirin yaradılıb, ərsəyə gəlməsi üçün ilk öncə ətriyyatçılara, şüşəsinin dizaynına, onun bazarda tanıtımı üçün reklamına və digər vasitələrə külli miqdarda pul xərclənir. Və ətir qiymətləndirilərkən bütün bu çəkilən xərclər nəzərə alınır. Eyni zamanda böyük parfüm butiklərinin bu ətirləri alıb-satmaqla öz xərclərini ödəyib və nəticədə qazanc əldə etmək istəməsini nəzərə alsaq sizin orijinal qabda olan ətirə ödədiyiniz pulun sadəcə həmən ətirin keyfiyyətli olması deyil, məhz bu ətirin ilk mərhələdən bazara çıxarılana qədər çəkilən xərclərinin cəmi olaraq qiymətləndirmək olar. Təbii ki bu da ətirin qiymətinə təsir edir. Nəticədə siz orijinal qabda ətir alarkən yalnız ətirə deyil, firmanın çəkdiyi digər xərcələrə də pul ödəməli olursuz. Biz isə həmin ətirləri sadə qablaşdırmada sizə təqdim etməklə sizin yalnız keyfiyyətli ətirə pul xərcləməyinizi və qənaət etməyinizi istəyirik.